Baş nazir İrakli Ğaribaşvilinin əmri əsasında Gürcüstanın Müdafiə Qüvvələri Ğvareli bələdiyyəsində yanğınsöndürmə əməliyyatlarına cəlb olunacaq.
InterPress.ge xəbər verir ki, müvafiq sənəd artıq hökumət başçısı tərəfindən imzalanıb.
Gürcüstan Konstitusiyasının 72-ci maddəsinin 2-ci bəndi və "Gürcüstan hökumətinin strukturu, səlahiyyətləri və prosedurları haqqında" Qanunun 8-ci maddəsinin 2-ci bəndinin "N" yarımbəndi əsasında Ğvareli bələdiyyəsində , təbii fəlakətlərin qarşısının alınması üçün effektiv yanğınsöndürmə tədbirlərinin həyata keçirilməsi üçün Gürcüstanın Müdafiə Qüvvələrindən istifadə ediləcək",-baş nazirin sərəncamında deyilir.
