02 
Avq
2022
08:25
458

Dünya Azərbaycanlı Gənclərinin Şuşaya səfəri başlayıb

Dünya Azərbaycanlı Gənclərinin Şuşaya səfəri başlayıb. 

InterPress.ge-nin məlumata görə, səfəri Diaspor Komitəsi təşkil edir. Səfərin məqsədi Dünyada yaşayan azərbaycanlı gənclərin lll Yay Düşərgəsinin açılışında iştirak etməsidir.

III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Düşərgə avqustun 9- nadək davam edəcək. Qeyd edək ki, düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Bu möhtəşəm layihədə 52 ölkəni təmsil edən 116 nəfər iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var.

Xatırladaq ki, bu artıq sayca 3-cü təşkil olunan Yay Düşərgəsidir. 

Qeyd edək ki, sözü gedən düşərgəyə Gürcüstandan da gənclər qatılıb.

Bizimlə əlaqə saxlayın