29 
Iyl
2022
11:03
332

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında dialoqa töhfə verməyə hazırdır”

“ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa töhfə vermək istəyir”.

InterPress.ge xəbər veir ki, bu barədə reporta-a ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətindən məlumat verilib.

“Cənubi Qafqazda regional nəqliyyat əlaqələrinin yaxşılaşdırılması regional iqtisadi artım perspektivlərinə müsbət təsir göstərə və Ermənistanla Azərbaycan arasında hərtərəfli sülhə şərait yarada bilər”, - Dövlət Departamenti vurğulayıb.

Xatırladaq ki, iyulun 25-də ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı E.Blinken qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. Dövlət katibi həmçinin ABŞ-ın Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələri və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstək verməyə hazır olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər