19 
Iyn
2020
22:35
1401

Mixeil Saakaşvilinin qalmaqallı səs yazısı ortaya çıxdı

Ukraynada İslahatlar Komitəsinin sədri Mixeil Saakaşvili və Gürcüstanın sabiq baş prokuroru Zurab Adeişvili arasında aparılan telefon söhbətin auidio-yazısını ortaya çıxıb.

InterPress.ge Birinci Kanala istinadən xəbər verir ki, bu barədə səs yazısını Ukraynanın obozrevatel.com veb-səhifəsi yaydığı bildirilir.

Saytın məlumatına görə, onlar “Mtavari” kanalının aparıcısı Giorgi Qabuniya haqqında danışırlar.

“Nika Qvaramia beynini uçurdmuş, xəstə bir oğraşdır, bütün hərşeyi məhv etdi” – deyir audio-yazıda Mixeil Saakaşvili.

Audio-yazıda deyilir ki, Nika Qvaramianın sinirləri dayanmadı, onunun sözünü dinləmədi və Ukraynanın xüsusi xidmətləri haqqında söz etdi, ancaq bunu etməməliydi.

Həmin audio-yazıda Mixeil Saakaşvili Giorgi Qabuniyayı “qorxaq” adlandırır.

Obozrevatel.com veb-səhifəsi isə, audio-yazı ilə bağlı yazır:

“Mixeil Saakaşvilinin Giorgi Qabunianın qətlə yetirilməsi planı haqqında məlumatı var idi mi? Elə çıxır ki, var idi! Bu telefon söhbətində görünür ki, Mixeil Saakaşvili və həmçinin ona aid olan “Mtavari” telekanalının direktoru Nika Qvaramia jurnalist Giorgi Qabunianın öldürülməsi planı haqqında bilirdilər və bunu Gürcüstan iqtidarına bildirmirdilər və beləliklə, qətli planlayanların üstünü qapadırdılar”.

Xatırladaq ki, Mixeil Saakaşvili və Zurab Adeişvili Gürcüstan hüquqmühafizə orqanları tərəfindən axtarışdadırlar.

Bizimlə əlaqə saxlayın