11 
Iyn
2022
22:57
809

Azərbaycan dövləti tərəfindən Gürcüstanda yaşayan azərbaycanlı icmasına 3 minə yaxın kitab hədiyyə edildi - FOTO

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkəmizin azərbaycanlı icmasına ana dilində kitablar təqdim edib.

InterPress.ge xəbər verir ki, sözü gedən kitablar Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən Gürcüstana göndərilib.

Nazirlik tərəfindən 3 minə yaxın Azərbaycan və dünya ədəbiyyatına aid kitab göndərilib. Kitablar gənclər təşkilatları və icma mərkəzləri üçün nəzərdə tutulub.

Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mənədiyyəti Muzeyində baş tutan təqdimetmə mərasimində çıxış edən Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev bildirib ki, layihə azərbaycanlı icmanın təşəbbüsü əsasında həyata keçirilib.

Təqdimata qatılan icma nümayəndələri hədiyyə olunan kitablara görə Azərbaycan səfirliyinə təşəkkür ediblər.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycan səfirliyi Marneuli və Qardabanidə fəaliyyət göstərən icma mərkəzlərinə 1 430 ədəd kitab hədiyyə etmişdi.

Ana dilində kitab çatışmazlığı məsələsi Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun ötən ilin iyulunda Gürcüstana səfəri çərçivəsində azərbaycanlı icmanın nümayəndələri ilə keçirdiyi görüşdə qaldırılıb.

Bizimlə əlaqə saxlayın