Təcili yardım işçiləri aksiya keçirəcək
Təcili tibbi yardım işçiləri bu gün saat 13:00-da Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin qarşısında aksiya keçirəcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Həmkarlar İttifaqı yayıb.
Həkimlər maaşların artırılmasını və layiqli iş şəraiti tələb edirlər. Onların sözlərinə görə, üzv təşkilat hüquqi və digər mövcud imkanlara köməklik üçün Həmkarlar İttifaqına müraciət edib.
Tibb İşçiləri Həmkarlar İttifaqının prezidenti İrakli Amiranaşvili bildirib ki, bu, xəbərdarlıq tədbiri olacaq, çünki təcili yardım işçiləri artıq administrasiya ilə əlaqə saxlayıb, lakin bir nəticə ala bilməyiblər.
Onun sözlərinə görə, təcili tibbi yardım işçisinin maksimum əmək haqqı 1300 laridir, Tbilisi təcili yardım xidmətində isə 1500-ə yaxın işçi çalışır. Buradan 300-ə yaxın adam aksiyada olacaq.


