25 
May
2022
12:20
201

“Vağzal meydanı”nda vətəndaşların hərəkəti ləngiyir

Sərnişin axınının kəskin artması ilə əlaqədar “Vağzal meydanı”nda vətəndaşların hərəkəti ləngiyir.

lnterPress.ge xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, sərnişinlər hərəkət edə bilmir və bu səbəbdən bəzi hissələrdə qarışıqlıq yaranıb. Polis hadisə yerində sərnişin axınını tənzimləmək üçün işləyir.

Tbilisi Metropoliteninin mətbuat xidmətinin verdiyi məlumata görə, metroda texniki gecikmə yoxdur və mövcud vəziyyət sərnişin axınının artması ilə bağlıdır.

“Heç bir texniki gecikmə yoxdur, qatarlar adi qrafikə uyğun hərəkət edir. “Vağzal meydanına çoxlu sərnişin toplaşıb, sərnişin axını çox böyük olduğundan sərnişinlərin birinci xəttdən ikinci xəttə keçməsi çətinləşir”, - deyə məlumatda qeyd olunub.

 

Bizimlə əlaqə saxlayın