24 
May
2022
11:21
298

Gənclər Media Birliyinin təşkilatçılığı ilə yamac paraşütü tədbiri keçirilib

“Gənclər Media Birliyi”nin təşkilatçılığı ilə Veteranların İşləri üzrə Dövlət Xidmətinin, “SOCAR” şirkəti və “Casino Shangri-La”nın dəstəyi ilə Tbilisi dənizi bölgəsində, xüsusilə kiçik Lilo dağında yamac paraşütü tədbiri keçirilib.

InterPress.ge xəbər verir ki, sözügedən məlumatı Veteranların İşləri üzrə Dövlət Xidməti yayıb.

Qurum, tədbirdə iştirak edənlər arasında müxtəlif bölgələrdən olan əlillərin iştirak etdiyini bildirib.

“Bu dəfə 50-dən çox əlil, müharibə və müdafiə veteranları, beynəlxalq sülhməramlı missiyalarda iştirak edən yaralı əsgərlər arzularını gerçəkləşdirdilər. İştirakçılar arasında Gürcüstanın müxtəlif bölgələrində yaşayan əlillər var idi: tamamilə görmə qabiliyyətini itirmiş, onurğa beyni zədələnmiş, amputantlar və əlil arabasından istifadə edənlər. İştirakçılara arzularını gerçəkləşdirməyə xüsusi hazırlanmış əlil arabaları kömək etdi”, - deyə Veteranların İşləri üzrə Dövlət Xidmətindən bildirilib.

Layihə Əlilliyi olan Şəxslərin Hüquqları haqqında 2006-cı il Konvensiyasının 30-cu maddəsinin icrasını asanlaşdırır.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər