21 
May
2022
13:34
3562

Tsalka kanyonunda 240 metrlik şüşə körpü iyunun 15-də açılacaq

Tsalka (Daşbaşı) kanyonunda 240 metrlik şüşə körpü iyunun 15-dən ziyarətçilərə xidmət göstərəcək.

InterPress.ge xəbər verir ki, kanyonda müxtəlif ekoturizm məkanlarının təşkili yəhudi şirkəti KASS LAND tərəfindən həyata keçirilir, investisiya isə 120 milyon laridir.

Layihəyə əsasən, kanyonun üzərindəki unikal, 240 metr uzunluğunda şüşə körpü asma şüşəli kafe-bar ilə təşkil olunacaq və oradan təsirli mənzərə açılacaq. Bundan əlavə, burada olacaq: ziyarətçi mərkəzi, panoramik mənzərəli kanyona giriş yolları, mənzərələr, parkinq, yelləncəklər, velosiped yolları, kotteclər və otel kompleksi.

Məlumat üçün bildirək ki, kanyon Tbilisidən avtomobillə 1 saatlıq, yəni 60 km məsafədə yerləşir və o, Algeti Milli Parkının tərkibindədir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər