20 
May
2022
11:29
598

Gürcüstanda işsizlik səviyyəsi azalıb

2022-ci ilin birinci rübündə Gürcüstanda işsizlik səviyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq 19,4 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, Milli Statistika Xidməti bununla bağlı məlumat yayıb.

Geostat-ın paylaşdığı məlumata görə, hesabat dövründə işçi qüvvəsində iştirak səviyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq 49,9 faiz təşkil edib, məşğulluq nisbəti isə 2,5 faiz  artaraq yüzdə 40,2 olub. İşçi qüvvəsinə qoşulma nisbəti, şəhər yerlərində 0,8 faiz, kənd yerlərində isə 2,7 faiz artıb. Həm şəhər, həm də kənd yaşayış məntəqələrində məşğulluq səviyyəsi 2,2 və 2,9 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə şəhər yerlərində işsizlik səviyyəsi 3,1 faiz, kənd yerlərində isə 1,5 faiz azalıb.

Məlumatlara görə, birinci rübdə işsizlik nisbəti kişilər arasında qadınlardan daha yüksəkdir. Hesabat dövründə qeyd olunan göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə qadınlarda 2,2 faiz, kişilərdə isə 2,7 faiz azalıb.

Kişilərdə işçi qüvvəsində iştirak nisbəti qadınlardan daha yüksəkdir. 2022-ci ilin birinci rübündə bu rəqəm qadınlarda 39,1 faiz, kişilərdə isə 62.5 faiz təşkil edib. İşçi qüvvəsində iştirak səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qadınlarda 0,9 faiz, kişilərdə isə 2,5 faiz artıb. Həm qadınların, həm də kişilərin məşğulluq səviyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,6 və 3,6 faiz artıb.

Bizimlə əlaqə saxlayın