05 
May
2022
12:19
534

Polis bir nəfəri cinayət barədə xəbər verməməkdə ittiham edərək saxlayıb

Mçxeta-Mtianeti Polis İdarəsi və Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində  hakimin hökmü əsasında cinayət barədə məlumat verməmək ittihamı ilə 1988-ci il təvəllüdlü şəxs Zuqdididə saxlanılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, cinayət 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

"İstintaq müəyyən edib ki, bu il aprelin 15-də Tbilisi-Senaki-Leselidze yolunun 39-cu kilometrliyində “Toyota” markalı avtomobilin sürücüsü qəsdən polis maşını ilə toqquşub və onu müşayiət edən şəxslərlə hadisə yerindən qaçıb. Avtomobil qəzası nəticəsində Patrul Polis İdarəsinin Mçxeta-Mtianeti Baş İdarəsinin rəisi Davit Mikiaşvilinin səhhətinə ziyan dəyib.

İstintaq həmçinin  müəyyən edib ki, təqsirləndirilən şəxs qəza barədə polisə xəbər verməyən və başqa şəxslərlə birlikdə gizlənən sürücünü müşayiət edənlərdən biridir.

Cinayət işinin istintaqı çərçivəsində qeyd olunan faktda iştirak edən digər şəxslərin müəyyən edilərək tutulması məqsədilə bütün zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir, müvafiq ekspertizalar təyin edilir.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü və 376-cı maddələri ilə araşdırma aparılır”, - deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər