03 
May
2022
15:52
1377

Gürcüstanın ən böyük un idxalçılarından biri fəaliyyətini dayandırdı

2022-ci ilin yanvar-mart aylarında Rusiyadan Gürcüstana un idxalı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 12 dəfə artıb. (2021-ci ilin 3 ayında Rusiyadan 847,9 min dollar, 2022-ci ilin 3 ayında 10,146 milyon dollar dəyərində un idxal edilib) ancaq bu məhsulu Rusiyadan idxal edən şirkətlərin sayı azalıb. Ən böyük idxalçılardan biri olan “Mard” fəaliyyətini dayandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə şirkətin təsisçisi və sahibi Nuqzar Ğoniaşvili bildirib.

“Son bir aydır Rusiyadan un idxalını dayandırmışam. Ümid edirəm ki, müvəqqəti. Səbəblərdən ətraflı danışmaq bizi çox uzağa aparar, amma qısaca desəm, artıq likvid qiymətə məhsul ala bilmirəm və əsas səbəb budur. Mən idxalı dayandırmazdan əvvəl, Lars gömrüyündə növbə ilə bağlı həqiqətən problemlər var idi. Bildiyimə görə, bu vəziyyət olduğu kimi qalır. Deyirlər ki, ruslar ləng işləyirlər. Bu xüsusilə olur, yoxsa yox, təbii ki, bunu heç kim dəqiq deyə bilməz.

Ödəniş sisteminə gəlincə, rubl ekvivalenti ödənilirdi və ödənilir, lakin onların hələ də öz valyutasında olması üçün ciddi tələb yoxdur. Onlar da dollar və avro alırlar. Nadir hallarda kimsə rubl tələb edir”, - deyə Ğoniaşvili bildirib.

Məlumat üçün bildirək ki, “Mardi” şirkəti ötən il Gürcüstanda un idxal edən ilk 10 ölkə sırasında olub. “Mardi” 2011-ci il sentyabrın 30-da qeydiyyatdan keçib. Şirkətin 50%-i Vasil Vasadzeyə, 50%-i isə Nuqzar Ğoniaşviliyə məxsusdur. 25 yanvar 2019-cu ilə qədər şirkətin yeganə sahibi Nuqzar Ğoniaşvili idi.

Bizimlə əlaqə saxlayın