29 
Apr
2022
11:42
584

May ayından çörəyin qiyməti qalxa bilərmi? - Açıqlama

Buğda və un bazarında mövcud qiymətlərlə əlaqədar Çörəkçilər Assosiasiyası bir aydan çoxdur ki, may ayından çörəyin qiymətinin 10 tetri artacağını proqnozlaşdırır.

InterPress.ge xəbər verir ki, Assosiasiyanın sədri Malxaz Dolidze bununla bağlı danışıb.

O, deyib ki, bazarda vəziyyət sabitləşir və istehsalçıların bir hissəsi artıq qiymətləri korreksiya etsə də, kütləvi artım baş verməyə bilər. 

"Çörəyin qiymətində kütləvi artım baş verməyib, amma görünən odur ki, ayrı-ayrı istehsalçılar həqiqətən də qiymətləri qaldırıblar.  Biz undan və gündəlik tendensiyalardan asılıyıq. Bu gün çörəyin bahalaşması təhlükəsi yoxdur, yenidən bir az ucuzlaşıb.  İndi unun qiyməti 72-73 lari diapazonundadır və 75 lari həddini keçməyib, çörəkdə kütləvi qiymət artımı gözlənilmir. Əgər o, bu həddi keçərsə, biz sadəcə olaraq maya dəyərinə daxil ola bilmərik", - Malxaz Dolidze bildirib.

Bizimlə əlaqə saxlayın