28 
Apr
2022
23:39
543

Salam Paltforması, Kirovka kəndinin təşəbbüs qrupu və Marneuli meri arasında görüş baş tutdu

28 aprel tarixində Salam Platformasının təşkilatçılığı ilə, Kirovka (Mamey) kəndinin təşəbbüs qrupu və Marneuli meri arasında görüş keçirilib.


InterPress.ge xəbər verir ki, görüşdə təşəbbüs qrupunun üzvləri, Marneuli merinə, kənd əhalisinin sarsılmaz iradəsi və kənd toponiminin dəyişdirilməsi zamanı kəndin tarixi adının “Mamey”in bərpasını tələb etdikləri haqda məlumat veriblər.

 Marneuli meri öz növbəsində kəndin adının dəyişdirilməsi zamanı əhalinin iradəsinə zidd qərar qəbul etməyin mümkünsüzlüyündən danışıb və yekunda əhalinin müraciətinin nəzərə alınacağına deyib. 

Xatırlatmaq istərdik ki, Marneulinin iki kəndinin (Şaumiani və Kirovka) adının dəyişdirilməsi nəzərdə tutulur. Bununla bağlı Kirovka (Mamey) kəndinin sakinləri artıq özünüidarəetmə orqanlarına və Şəhər Şurasına kollektiv müraciət edərək, kəndin adının dəyişdirilməsi zamanı, tarixi adının "Mamey"-in bərpa olunmasını xahiş ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər