27 
Apr
2022
11:50
398

Mart ayında kredit kartlarının sayı rekord həddə artıb

2022-ci ilin mart ayında Gürcüstanda kredit kartlarının sayı rekord həddə çatıb. Bir aylıq intervalda artım 41,4%, bir illik dövrdə isə 50,8% təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının statistikasına əsasən mılumat verilib.

Məlumata görə, 2022-ci il aprelin 1-nə Gürcüstan bazarında dövriyyədə 827 966 kredit kartı olub, martın 1-nə 585 326, yəni bir ay ərzində banklar əlavə olaraq 242 640 kredit kartı buraxıb. 1 aprel 2021-ci il tarixində cəmi 548 730 kredit kartı buraxılıb.

Debet kartlarına gəlincə isə, burada minimal miqdarda da olsa azalma müşahidə olunub. O cümlədən, MBQ-nin statistikasına əsasən, ölkədə aprelin 1-nə 6 273 593, martın 1-nə isə 6 274 957 debet kartı olub.

Hesabat dövründə, aprelin 1-nə Gürcüstanda VISA-nın 2 212 426 debet kartı, Mastercard/Maestro kartlarının sayı 3 719 394, digər sistemlərin debet kartlarının sayı isə 341 773 ədəd olub.

Ödəniş sistemlərinə görə debet kartlarının payları aşağıdakı kimidir:
Mastercard / Maestro - bazarın 59,2%-i
VISA - bazarın 35,2%-i
Digər sistemlər - bazarın 5,4%-i.

Kredit kartları bazarı ödəniş sistemləri arasında aşağıdakı kimi bölünür:
VISA - bazarın 20,6%-i
Mastercard / Maestro - bazarın 12,9%-i
Digər sistemlər - bazarın 66,4%-i.

Bizimlə əlaqə saxlayın