06 
Apr
2022
10:38
425

Buça şəhərinin meri: "Rus əsgərləri şəhərdə 320 dinc sakini qətlə yetirib"

Rus əsgərləri işğal zamanı Buça şəhərində 320 dinc sakini qətlə yetirib.

lnterPress.ge xəbər verir ki, bu barədə Buça şəhərinin meri Anatoli Fedoruk BBC-yə bildirib.

Anatoli Fedorukun sözlərinə görə, o, Rusiya hərbçiləri tərəfindən insanların edam edilməsinin şəxsən şahidi olub.

“Bir neçə epizoda baxdım. Üç mülki avtomobil Kiyevə evakuasiya etməyə cəhd göstərdi, onları vəhşicəsinə güllələdilər. Bir hamilə qadın gördüm, əri qışqırır, onu vurmamağı xahiş edirdi, amma onlar hamilə qadını vəhşicəsinə güllələdilər”,- deyə Fedoruk bildirib.

Buça şəhərinin meri onu da qeyd edib ki, Rusiya qüvvələri işğal zamanı yerli siyasətçiləri ovlayıblar.

Fedoruk Rusiya ordusunun hərbi cinayətlər törətdiyi iddialarını təkzib edən Rusiya xarici işlər naziri Sergey Lavrova səslənib ki, "Buça şəhərinə gəlin, ölənlərin cəsədlərinə baxın və onların ailələrinin - anaların, ərlərin, rəhmətə gedən uşaqların gözlərinin içinə baxın".

 

Bizimlə əlaqə saxlayın