08 
Mar
2022
15:17
435

Zelenski: “Rusiya son 30 ildə itirmədiyi qədər aviasiya texnikasını son 13 gündə Ukraynada itirib”

“Rusiya son 30 ildə itirmədiyi qədər aviasiya texnikasını son 13 gündə Ukraynada itirib”.

lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Biz on üçüncü gündür mübarizə aparırıq. Bacardığımız yerdə, hər yerdə işğalçıları məhv edirik. Amma səmada, yüzlərlə rus  raketləri var. İşğalçıların yüzlərlə döyüş təyyarəsi. Yüzlərlə helikopter. Bəli, məhv edirik. Rusiya son 30 ildə Ukraynada bu 13 gündə olduğu qədər aviasiya texnikasını itirməyib''- deyə Zelenski bildirib.

Bununla belə, onun sözlərinə görə, Rusiyanın hələ də “kifayət qədər öldürücü maşınları” var.

“Onların hələ də terror üçün kifayət qədər raketləri var. Beş kiloqramlıq bombalar hələ də Çerniqov və Kiyevə, Odessa və Xarkova, Poltava və Jitomirə, onlarla Ukrayna şəhərinə, milyonlarla dinc Ukrayna vətəndaşına atmaq üçün kifayətdir”, - deyə Zelenski bildirib.

Bizimlə əlaqə saxlayın