Ukraynanın bir neçə şəhərində yeni humanitar dəhlizlər açılacaq
Rusiya tərəfi yerli əhalinin təxliyəsinə imkan yaratmaq üçün Ukraynanın bir neçə şəhərində yeni humanitar dəhlizlər açacaq.
lnterPress.ge xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Onların sözlərinə görə, atəş yerli vaxtla saat 10:00-dan dayandırılacaq, paytaxt Kiyevdə, həmçinin Xarkov, Mariupol və Sumıda təxliyə marşrutları müəyyən edilib. Bütün bu şəhərlər hazırda Rusiyanın hücumu altındadır.
Lakin BBC-nin məlumatına görə, Ukrayna rəsmiləri indiki mərhələdə bunu təsdiqləmir. Şənbə və bazar günləri Mariupoldan dinc əhalinin təxliyəsi üçün marşrutun açılması üzrə iki əməliyyat uğursuzluqla nəticələnib. Ukrayna rəsmilərinin sözlərinə görə, bu, razılaşdırılmış atəşkəs saatlarında Rusiya tərəfinin şəhəri bombalamağa davam etdiyi üçün baş verib.


