03 
Fev
2020
23:06
2783

Komandir Marneulidən olan yerli azərbaycanlı əsgəri döyüb

Gürcüstanda hərbi xidmətdə olan miliyyətcə azərbaycanlı olan əsgər komandiri tərəfindən döyülüb.

İnterPress.ge xəbər verir ki, insident fevralın 1-də baş verib.

Hadisəyə səbəb komandirin əsgərə irad bildirməsi olub. Daha sonra əsgərə qarşı fiziki zorakılığa yol verilib. Əsgərin ağır travma almadığı bildirilir.

“Mtavari arxi” televiziya kanalının yaydığı məlumata əsasən, döyülən əsgər Marneuli rayonundan hərbi xidmətə çağırılan Yusif Keçəlovdur. Kanal iddia edir ki, əsgəri beş nəfər döyüb və hadisədən sonra o, xəstəxanaya yerləşdirilib.

Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib ki, əsgərə qarşı fiziki zorakılıq faktı üzrə araşdırma başlayıb. Araşdırmanı nazirliyin Hərbi polis departamenti aparır.

Qurumdan bildirilib ki, günahkarlara qarşı qanunla nəzərdə tutulan bütün tədbirlər həyata keçiriləcək.(report)

Bizimlə əlaqə saxlayın