03 
Fev
2020
21:37
1524

Gürcüstanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı dördə çatıb - YENİLƏNİB

Gürcüstanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı dördə çatıb.

İnterPress.ge xəbər verir ki, Çindən tranzitlə Gürcüstana səfər edən şəxs Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

O, digər xəstələrdən izolyasiya olunub.


**16:45

“Gürcüstanda üç pasiyent koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülüb”.

İnterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze öz növbəsində bildirib ki, ölkədə koronavirusla bağlı mübarizə üçün tələb olunan bütün resurslar var.

Nazirin sözlərinə görə, üç pasiyentlə bağlı analiz nümunələri Almaniyaya göndərilib və sabah yekun nəticələr məlum olacaq. (Report)

Bizimlə əlaqə saxlayın