12 
Fev
2022
06:16
477

Daha iki ölkə vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

Finlandiya Xarici İşlər Nazirliyi Ukraynadakı vətəndaşlarını yaranan gərgin vəziyyətlə əlaqədar təcili olaraq bu ölkəni tərk etməyə çağırıb.

InterPress.ge xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

"Gərgin və gözlənilməz təhlükəsizlik vəziyyətinə görə mövcud kommersiya nəqliyyatından istifadə edərək dərhal ölkəni tərk edin", - Ukraynadakı finlərə tövsiyədə bildirilir.

Eyn zamanda Latviya Xarici İşlər Nazirliyi də ölkə vətəndaşlarını dərhal Ukrayna ərazisini tərk etməyə çağırıb. Bu barədə nazirliyin sayı xəbərdarlıq yayıb.

Xarici İşlər Nazirliyi ölkəni tərk etmək üçün Aİ və ya NATO ölkələrinə yaxud oradan keçməklə istənilən mövcud hərəkət vasitələrindən - uçuş və ya quru marşrutlarından istifadə etməyə çağırıb.

Qeyd edək ki, ABŞ, Cənubi Koreya və Estoniya da hərbi əməliyyatların başlanmasından ehtiyat edərək vətəndaşlarına Ukraynanı təcili tərk etməyi tövsiyə edib.

Bizimlə əlaqə saxlayın