29 
Dek
2021
10:12
6121

Azərbaycan Prezidentinin köməkçisi quru sərhədlərlə bağlı açıqlama verdi - Azərbaycana quru sərhədlərdən keçmək bu cür mümkündür

“Omikron” ştammının qorxusu var və bu vəziyyətdə Azərbaycanla qonşu ölkələr arasında quru sərhədlərin açılması müzakirə edilmir”.

InterPress.ge-nin məlumatına görə, bunu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, quru sərhədlər hazırda bağlıdır:

“Xüsusi icazə vasitəsilə quru sərhədlərdən keçmək mümkündür. Bunun üçün Operativ Qərargahından icazə alınmalıdır”.

“Omikron” ştammı ilə bağlı təhlükə mövcuddur və gələcəkdə nə olacağı bilinmir. Ümid edirik ki, bu təhlükə bitəcək və turizmin inkişafına şərait yaranacaq”, - deyə Ş.Mövsümöv qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər