
Gürcüstanda süd istehsalı artdıb, ət isə azalıb
2020-ci ilin birinci rübündə Gürcüstanda süd istehsalı 107,0 milyon litr təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% çoxdur.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib.
Məlumata görə, hesabat dövründə Gürcüstanda ət istehsalı 0,6% azalaraq 16,2 min ton, yumurta istehsalı isə 0.6% artaraq 160.4 milyon ədəd təşkil etmişdir.
2020-ci ilin birinci rübünün sonunda Gürcüstanda mal-qaranın iri başlı 1,9% artaraq 973,5 min baş təşkil etmişdir.
Bunlardan inək və camışların ümumi sayı 461,4 min baş təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çoxdur.
Qoyun və keçilərin ümumi sayı 2019-cu ilin birinci rübü ilə müqayisədə 4% azalaraq 1,1 milyon baş təşkil edib.
Donuzların sayı 168,3 min baş təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% azdır.