31 
Yan
2020
10:54
1157

Russia gedə yol ağır yük maşınları üçün bağlanıb

Gürcüstan-Rusiya sərhəddəki Kazbegi-Yuxarı Lars-a aparan yolda güclü qar yağması ilə əlaqədar olaraq, bu gün yük maşınlarının hərəkətinə qadağa tətbiq olunub.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin patrul polis idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Mtsxeta - Stepantsminda - Lars beynəlxalq avtomobil yolunun Gudauri - Kobe hissəsində qoşqu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Qalan nəqliyyatın vasitələrinə gediş sərbəstdir.

Bölgədə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin edən patrul polisləri faliyyət göstərir.

Patrul Polis İdarəsi vətəndaşları işçilərin göstərişlərinə tabe olmağa və yol hərəkəti qaydalarına mümkün qədər riayət etməyə çağırır.

Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu hazırda Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.

Bizimlə əlaqə saxlayın