03 
Sen
2021
14:48
1466

8 sentyabra qədər olan hava proqnozu açıqlandı

Sentyabrın 3 -də Qərbi Gürcüstanda nisbətən soyuq və yağışlı hava şəraiti davam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Havanın temperaturunun +18, +23 dərəcə olacağı gözlənilir. Sentyabrın 4 -də hava açılacaq və sentyabrın 8 -nə qədər bəzi rayonlarda qısamüddətli yağış müşahidə oluna bilər. Havanın temperaturu +22, +27 dərəcəyə yüksələcək.

Sentyabrın 4 -ü səhərədək Şərqi Gürcüstanda güclü qərb küləyi əsəcək. Gecə saatlarında havanın temperaturu aşağı düşəcək. Sentyabrın 8 -dək bəzi yerlərdə yağış yağacaq, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +23, +28 dərəcə olacaq.

Sentyabrın 4 -ü səhərədək Tbilisidə güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə +13, +15 dərəcəyə enəcək. Sentyabrın 8-dək, əsasən gecə və axşam saatlarında qısamüddətli yağış ola bilər. Sentyabrın 3-5-də hava istiliyi +24, +26 dərəcə olacaq və sentyabrın 6-dan etibarən +29 dərəcəyə qədər yüksələcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər