03 
Sen
2021
13:26
1109

Gürcüstanda koronavirusdan ən çox bu şəxslər ölür - AÇIQLAMA

"Statistikaya görə, xəstəxanaya gələn vətəndaşların çoxu peyvənd olunmayan şəxslərdir".

InterPress.ge xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Tamar Qabunia deyib. 

Onun sözlərinə görə, ölüm hallarının çoxu peyvənd olunmamış insanlarda qeydə alınıb.

"Xəstəliklərə Nəzarət Mərkəzi və Səhiyyə Nazirliyi nə qədər insanın aşılandığı, aşılanmadığı və xəstəxanaya yerləşdirilmə hallarının ətraflı statistikasına sahibdir. Statistikaya görə, xəstəxanaya gələn vətəndaşların çoxu peyvənd olunmayan şəxslərdir. Həmçinin ölüm hallarının çoxu peyvənd olunmamış insanlarda qeydə alınıb", - deyə Tamar Qabunia deyib.

Bununla birlikdə, Qabunia, ölüm hallarının daha yaşlı yaş qrupunda üstünlük təşkil etdiyini söyləyib.

"Yaş strukturuna gəldikdə, əvvəlki dalğalarla müqayisədə indiki dalğa şəraitində yaş strukturunda heç bir fərq görmürük. Ölüm halları hələ də 70 yaşdan yuxarı olan şəxslərdə, yəni yuxarı yaş qruplarında üstünlük təşkil edir. Xoşbəxtlikdən, digər yaş qruplarında ölüm halları vahiddir. Əvvəlki dalğalar zamanı da vəziyyət oxşar idi", - Qabunia bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər