14 
Iyn
2021
23:05
590

Ərdoğanla Baydenin görüşü başa çatdı - İlk açıqlama

Qlobal sabitliyin qorunmasında həm NATO-nun həlledici rolu, həm də üzərinə düşən məsuliyyəti artıb. Bu dövr məsuliyyətdən qaçış deyil, məsuliyyəti üzərinə götürmə dövrüdür.

InterPress.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə keçirdiyi görüşdən danışarkən deyib.

"Köklü dəyişikliklər dövrünü yaşayırıq. İclas kritik bir şəraitdə keçib. Strateji səviyyədə fikir mübadiləsi apardıq. Çox faydalı və səmimi bir görüş oldu. Hər sahədə səmərəli əməkdaşlıq üçün güclü bir iradə görürük.

Aralıq dənizindən Qara dənizə, Avropadan Asiyaya, NATO tərəfindən təmin edilən təhlükəsizlik çətirinə ehtiyac olduğu hər yerdə ittifaq fəal rol oynamalıdır.

Terrorizm mövzusunda təşkilatlar arasında fərq qoyan təhrif olunmuş anlayış, təəssüf ki, hələ də mövcuddur. Türkiyə İŞİD bəlasına qarşı əl-ələ verib mübarizə aparan yeganə NATO müttəfiqidir", - Ərdoğan qeyd edib.

Türkiyə lideri görüşün son dərəcə səmimi keçdiyini və Baydeni Türkiyəyə dəvət etdiyini söyləyib.

Ərdoğan Baydenlə Qarabağ məsələsindən də danışdığını vurğulayıb:

"Qarabağda sülh özünü 30 ildən sonra göstərdi. Davamlı sülhün, yeni dövrün qapısı açıldı. Ümid edirik ki, müttəfiqlərimiz Türkiyə ilə tam həmrəylik göstərəcəklər".

Bizimlə əlaqə saxlayın