08 
Iyn
2021
22:10
669

Yüzlərlə kriminal lider həbs edilib

Avropa və Avstraliya polis təşkilatları ABŞ Federal Tədqiqatlar Bürosu (FTB) ilə birlikdə 18 ölkədə yüzlərlə kriminal lideri həbs edib.

InterPress.ge “The Guardian”a istinadən xəbər verir ki, bu genişmiqyaslı əməliyyat kriminal aləmin istifadə etdiyi mobil tətbiqə müdaxilə edilərək milyonlarla şifrəli ismarıcı oxumaq nəticəsində mümkün olub. Bir sıra regionlarda narkotik alverində əli olan 800-dən artıq kriminal avtoritet həbs edilib, ümumilikdə 148 milyon dollar nağd pul və külli miqdarda dava-dərman ələ keçirilib.

FTB tərəfindən “Trojan Shield” adı verilmiş bu əməliyyatın xüsusi şifrəli şəbəkələrə indiyədək həyata keçirilmiş ən böyük müdaxilə əməliyyatlarından biri olduğu bildirilir.

O cümlədən Avstraliya Federal Polisi komissarı Ris Kerşou (Reece Kershaw) aralarında qanunsuz motosikl dəstələri üzvləri də olduğu bütövlükdə 224 şübhəlini saxladıqlarını, təkcə ötən gün ərzində odlu silah müsadirəsinə aid ən böyük gündəlik rəqəm olan 104 order verdiklərini, habelə 45 milyon Avstraliya dolları (25 milyon avro) nağd pul götürdüklərini açıqlayıb. İsveçdə 75, Almaniyada 60, Niderlandda 49 nəfər həbs edilib.

Məlum olub ki, 100 ölkədə kriminal şəbəkələrə xüsusi tətbiqlər yüklənmiş telefonlar paylanıb və həmin tətbiq vasitəsilə dəstə üzvləri bir-birinə müxtəlif qanunsuz əməliyyatlar barədə şifrəli məlumatlar ötürürmüş.

Bizimlə əlaqə saxlayın