04 
Iyn
2021
23:21
2138

Nahid Qurbanovun işi ilə bağlı istintaq başladıldı

InterPress.ge xəbər portalının təsisçisi Nahid Qurbanovun şikayət işinə baxılır.

InterPress.ge xəbər verir ki, Nahid Qurbanovun istintaq prosesi artıq başlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nahid Qurbanova qarşı edilən fiziki təzyiq və əşyasına vurulan zərərə görə istintaq Gürcüstanın Cinayət Məcəlləsinin qrup şəklində zorakılığı və 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan 225- ci maddəsi ilə, eləcə də cəriməni və 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan 226- cı maddəsi ilə başladılıb.

Xatırladaq ki, cari ilin 17 may tarixində Dmanisi bələdiyyəsində yerli əhali arasında baş verən kütləvi qarşıdurma zamanı InterPress.ge xəbər portalının təsisçisi və baş redaktoru Nahid Qurbanov öz vəzifə borcunu yerinə yetirərkən fiziki təzyiqə məruz qalaraq ona baş nahiyəsindən xəsarət yetirilmişdi və əşyası qırılmışdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər