InterPress.ge-nin direktoruna Dmanisidə qarşıdurma zamanı xəsarət yetirildi - VİDEO
Dmanisidə dünən svanlarla azərbaycanlılar arasında baş verən insident bu gün də davam etdi.
InterPress.ge xəbər verir ki, qarşıdurma zamanı InterPress.genin rəhbəri Nahid Qurbanov hadisənin baş verdiyi ərazidə dünən gecə saatlarından bu vaxtadək ən son məlumatları ictimaiyyətə çatdırmaq üçün vəzifə borcunu yerinə yetirən zaman bu gün ona hücum olunaraq ciddi xəsarət yetirilib.
Xatırladaq ki, dünən Dmanisinin mərkəzində "Ömər" marketin qarşısında svanlarla azərbaycanlılar arasında kütləvi dava baş verib. Mağaza sahiblərinin açıqlamalarına görə, davaya səbəb svanların mağazadan nisyə pivə almaq istəmələri olub ki, bu zaman mağaza sahibi etiraz edib. Svanlar isə mağaza sahibinə fiziki təzyiq göstəriblər, qadına isə təhqiramiz ifadələr işlədiblər.


