Bu şəxslər üçün təcrid qaydaları ləğv edilə bilər
"İki dəfə aşılanmış səfərdən qayıdan Gürcüstan vətəndaşları üçün izolyasiya qaydalarının ləğv edilməsi barədə müzakirələr gedir".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze məlumat verib.
“İki dəfə peyvənd olunmuş 31 min Gürcüstan vətəndaşımız var. Nəticə etibarilə, səfərdən qayıtdıqdan sonra onlar üçün təcrid qaydalarının ləğvi müzakirə mövzusu olacaq. Ölkədə iki dəfə peyvənd olunmuş müəyyən sayda insan artıq toplandığından, onlara müvafiq arayışların verilməsi düşünülür. Bəziləri artıq bu arayışları alır, peyvənd statusunun qeyd olunduğu və peyvənd tarixçəsinin QR kodunda qeyd olunduğu müvafiq arayışları portalımızdan çap edə bilərlər. Artıq bu arayışları bir çox insan alır. İndi bu arayışların istifadəsinin hüquqi əsasları üzərində işləyirik", - dedi Qamğrelidze.


