31 
May
2021
22:03
3274

Saakaşvili açıqlama verdi: "Sürpriz hazırlayırıq"

"İvanişvili və tərəfdarları üçün payız referendumu öncəsi çox ciddi bir sürpriz hazırlayırıq. Vəzifəmiz İvanişvili rejimini, bu əjdəhanı Gürcüstandan uzaqlaşdırmaqdır".

InterPress.ge xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili bu barədə Facebook səhifəsindəki video müraciətində bildirib.

Onun sözlərinə görə, sürprizə görə kədərlənən hər kəs “soyuq su içə bilər”.

“Payız referendumundan əvvəl İvanişvili və tərəfdarları üçün çox ciddi bir sürpriz hazırlayırıq və bunu kifayət qədər ciddi şəkildə deyirəm. Gürcüstan xalqı üçün xoş bir sürpriz hazırlayırıq, bəziləri xoşbəxt olacaq və bu bir neçə milyon gürcü olacaq və 100, 200, 300 nəfər kədərlənəcək. Kədərlənən hər kəs Gürcüstanın keçmiş prezidentinin dediyi kimi "soyuq su içsin". Vəzifəmiz İvanişvili rejimini, bu əjdahanı Gürcüstandan uzaqlaşdırmaqdır. Əsas məqsəd onları payızda Gürcüstan hökumətindən kənarlaşdırmaqdır", - dedi Saakaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər