31 
May
2021
16:25
317

Amiran Qamğrelidze: "Bir və ya iki dəfə koronavirusa qarşı peyvənd olunmuş şəxslər də infeksiyaya yoluxa bilər"

"Bir və ya iki dəfə koronavirusa qarşı peyvənd olunmuş şəxslər də infeksiyaya yoluxa bilər".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze söyləyib.

Qamğrelidzenin izah etdiyinə görə, bu cür halların statistikası artıq mövcuddur, ancaq xəstəlik iki dəfə aşılanan insnlarda daha yüngül formada inkişaf edib.

“Xəstəliyin yayılmasında peyvənd çox vacibdir. Tibbdə 100%-lik bir şey yoxdur, buna görə bir və ya iki dəfə aşılananlar da infeksiyaya yoluxa bilər və bunun üçün statistika artıq mövcuddur.

Bir dəfə aşılananların 0.8%-i yoluxmuşdur, iki dəfə aşılananlarda isə bu nisbət, səhv etmirəmsə, 0.2%-dən 0.3% -ə qədərdir. Ancaq əksəriyyəti virusu yüngülcə ötürdü, xəstəxanaya yerləşdirilməsinə və ya intensiv tibbi yardıma ehtiyacları olmadı.

Bu səbəbdən peyvənd insanları ilk növbədə xəstəliyin ağır gedişatından və ölümdən qoruyur” - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər