31 
May
2021
13:38
239

Tbilisi meri polisləri peşə günü münasibətilə təbrik etdi

"Polisin vəzifəsi şərəfli və xüsusidir, çünki ölkənin təhlükəsizliyi və əmin-amanlığının keşiyindədirlər".

InterPress.ge xəbər verir ki, Tbilisi meri Polis Gününə həsr olunmuş təntənəli tədbirdə hüquq mühafizə orqanlarını peşə günü münasibətilə təbrik edib.

“Bugünkü gün münasibətilə hər bir polis məmurunu təbrik edirəm. İstərdim ki, ilk növbədə, onlara əmin-amanlıq diləyim. Polislər öz həyatları və sağlamlıqları bahasına ölkənin keşiyində dururlar, vətəndaşların təhlükəsizliyi və asayişinin qayğısına qalırlar, bu çox vacibdir. Hər birinə gündəlik fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayıram”, - dedi Kaxa Kaladze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər