Külli miqdarda dövlət əmlakının mənimsənilməsinə görə 3 şəxsə qarşı cinayət təqibi başladıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları saxta rəsmi sənədlər hazırladıqları-istifadə etdikləri və külli miqdarda dövlət əmlakını mənimsədiklərinə görə 3 şəxsə qarşı cinayət təqibi başladıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayır.
Məlumata görə, istintaq şirkətlərdən birinin rəhbəri olan təqsirləndirilən şəxsin Gəlirlər Xidmətinin elan etdiyi tenderlərdə təcrübəsini sübut edən saxta sənədlər təqdim etdiyini və eyni xidmətin sifarişi üzrə işləri həyata keçirərkən, müqavilə ilə nəzərdə tutulan Alman istehsalı olan su nasosları əvəzinə Çin istehsalı olan ucuz qiymətli su nasosları quraşdırdığını üzə çıxarıb. Nəticədə, dələduzluq yolu ilə dövlət büdcəsindən 15.150 larini mənimsənilib.
Qurumdan verilən məlumata görə, istintaq eyni zamanda Gəlirlər Xidmətinin yerinə yetirilən işlərə nəzarət etmək vəzifəsi daşıyan iki işçisinin saxta yoxlama aktı hazırladığını, guya şirkət tərəfindən göstərilən xidmətlərin müqavilə tələblərinə cavab verdiyini aşkar edib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6-dan 9 ilədək həbs cəzasını nəzərdə tutan 180-ci maddəsinin 3-cü hissəsi və 362-ci maddəsinin birinci hissəsi ilə aparılır.


