31 
May
2021
12:15
248

İrakli Ğaribaşvili polislərə: "Xidmətinizə, fədakarlığınıza, peşəkarlığınıza, qəhrəmanlığınıza görə sizə təşəkkür etmək istəyirəm"

"Xidmətinizə, fədakarlığınıza, peşəkarlığınıza, qəhrəmanlığınıza görə sizə təşəkkür etmək istəyirəm. Sizin naziriniz olmaq, sizinlə işləmək və sizinlə birlikdə ölkəmizə və xalqımıza xidmət etmək mənim üçün böyük şərəf idi".

InterPress.ge xəbər verir ki bu barədə baş nazir İrakli Ğaribaşvili polisin peşə gününə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı qeyd edib.

Onun sözlərinə görə, Daxili İşlər Naziri olmaq siyasi fəaliyyətində ən dəyərli və yaddaqalan dövrlərdən biri olub.

"O zaman çox yaxşı anladım ki, polis olmaq nə deməkdir, işinizin nə qədər ağır olduğunu çox yaxşı bilirəm. Ölkəmizə və xalqımıza 24 saatlıq xidmət. Bunun üçün təşəkkür edirəm. Siz ölkəmizin müdafiəçilərisiniz. Ölkəmizin təhlükəsizliyini və hər bir vətəndaşın dinc yuxusunu, qanunun aliliyini, ictimai asayişi təmin edirsiniz. Təəssüf ki, bir çoxunuz bu qəhrəmanlıq işi üçün canınızı fəda etdiniz və rəsmi vəzifələri əsnasında həyatını xalqımız və vətənimiz uğrunda qurban verən qəhrəman polislərin xatirəsinə baş əyirəm", - bildirib Baş nazir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər