Prezident: "Demokratik, güclü və azad dövlət yalnız o zaman qurula bilər ki, ölkədə vətəndaşların təhlükəsizliyi təmin olunsun, hüquqları qorunsun"
"Demokratik, güclü və azad dövlət yalnız o zaman qurula bilər ki, ölkədə vətəndaşların təhlükəsizliyi təmin olunsun, hüquqları qorunsun".
InterPress.ge xəbər verir ki, bu barədə Prezident Salome Zurabişvili Polis Gününə həsr olunmuş tədbirdə deyib.
Prezidentin dediyinə görə, Gürcüstanın məqsədi özünü demokratik və Avropa dövləti kimi formalaşdırmaqdır.
“Bu hədəfə çatmaqda polisin rolu böyükdür. Gürcüstanın müstəqilliyinin bərpasından 30 il ötür. Gürcüstan polisi, dövlətin əsas dəstəkləyici qurumlarından biri olaraq son 30 ildə ölkədə inkişaf edən mühüm hadisələri, dövlətin qarşısında duran çətinlikləri və cəmiyyətin tələblərini tam şəkildə əks etdirdi. Gürcüstan dövləti və cəmiyyəti ilə yanaşı, Gürcüstan polisi də Avropaya doğru yola çıxdı. Fundamental və genişmiqyaslı islahatlar və hər bir polis məmurunun yorulmadan çalışması nəticəsində müasir və demokratik standartlara sahib bir polis gücünə çevrildi", - dedi prezident.
Prezident ailə, qadın və uşaqlara qarşı zorakılığa qarşı mübarizədə fəal iştirak edən 3 polis məmurunu: Eka Buçxrikidze, Ani Naçaraşvili və Qvança Qoqavanı fəxri medal ilə təltif edib.


