Avtomobillərin gömrük rəsmiləşdirmə müddəti bu tarixdə başa çatır
Avtomobil gömrük rəsmiləşdirmə müddəti 31 May 2021-ci il tarixində başa çatacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.
Məlumata görə, 31 may tarixinə qədər nəqliyyat vasitəsinin sahibi Gürcüstanın Vergi Məcəlləsi ilə müəyyən edilmiş faizlərdən azaddır.
"Maliyyə Nazirliyinin Gəlirlər Xidməti avtomobil idxal edən şirkətin nümayəndələrinə xatırladır ki, avtomobil idxalını təşviq etmək üçün Gürcüstan hökumətinin qərarı ilə avtomobillərin gömrük rəsmiləşdirilməsi müddəti təxirə salındı: xüsusilə, Maliyyə nazirinin 27 avqust 2019-cu il 254 nömrəli qərarına dəyişiklik edildi və 1 oktyabr 2019-cu ildən 1 may 2020-ə qədər ölkəyə daxil olan nəqliyyat vasitələrinin sahibləri üçün gömrük rəsmiləşdirmə müddəti 1 mart 2021-ci il əvəzinə 31 may 2021-ə qədər uzadıldı. Bu güzəşt təxminən 19.000 nəqliyyat vasitəsinə şamil olunur.
31 maya qədər nəqliyyat vasitəsinin sahibi həmçini Gürcüstanın Vergi Məcəlləsi ilə müəyyən edilmiş faizlərdən azaddır.
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti avtomobil idxalçılarını qanunla müəyyən edilmiş gömrük rəsmiləşdirilməsi prosedurlarına və tarixlərinə əməl etməyə çağırır",- deyilir məlumatda.


