Qaxaria: "Bu gün ölkənin əsas problemi zəif təşkilatlar, korrupsiya, nepotizmdir"
"Radikal tendensiyalar və qərar qəbul etmə prosesində radikal insanların olduğunu görəriksə biz heç kimlə əməkdaşlıq etməyəcəyik" .
InterPress.ge xəbər verir ki, bu barədə Keçmiş Baş nazir, "Gürcüstan üçün" Partiyasının sədri Qiorqi Qaxaria jurnalistlərə açıqlama verib.
O, həmçinin zəif təşkilatlar, korrupsiya, nepotizm və iqtisadi vəziyyət də daxil olmaqla ölkənin əsas problemlərini izah etdi.
"Bizim əsas məqsədimiz bu ölkədə, radikal qarşıdurmaya və hər cür radikalizmə son qoymaqdır. Şəxsən mən və dostlarım üçün bu radikalizmin hansı tərəfdən olması vacib deyil. Radikal tendensiyalar və qərar qəbul etmə prosesində radikal insanların olduğunu görəriksə biz heç kimlə əməkdaşlıq etməyəcəyik.
Bu gün ölkənin əsas problemi zəif təşkilatlar, korrupsiya, nepotizmdir və ölkənin sürətli iqtisadi inkişafa ehtiyacı olmasıdır" - dedi Qaxaria
Onun sözlərinə görə, "Gürcüstan üçün" partiyası bütün seçkilərdə iştirak etməyə hazırlaşır.


