29 
May
2021
12:04
510

Gürcüstana milyonlarla dollar ayrılacaq

ABŞ Dövlət Departamentinin 2022 maliyyə ili layihəsinə görə, Gürcüstana 88 milyon dollar yardım ayrılmalıdır.

InterPress.ge xəbər verir ki, layihədə maliyyə yardımının Gürcüstanda demokratikləşmə, iqtisadi inkişaf, Avroatlantik inteqrasiya və Kremlin təsirlərinin qarşısını almağa yönəldilməsi nəzərdə tutulur.

"Maliyyələşmə Abxaziya bölgəsində enerji təhlükəsizliyi daxil olmaqla institusional yoxlamaya, tarazlığın qurulmasına və qanunun aliliyinə, daha da güclü bir vətəndaş cəmiyyətinin inkişafına, inkişaf etmiş, müstəqil, etibarlı və balanslı mediaya çıxışa, siyasi plüralizmə, barışıq səylərinə kömək edəcək"- layihədə göstərilmişdir.

Sənədə əsasən maliyyə yardımı iqtisadi inkişaf, özəl sektorun rəqabət qabiliyyətliliyi və kənd təsərrüfatı məhsuldarlığının artırılması üçün lazımi islahatların aparılmasına və xarici investisiyaların cəlb edilməsinə kömək edəcək.

Sənəddə deyilir: "Maliyyənin artırılması, enerji təhlükəsizliyi və kibertəhlükəsizliyin, iqtisadi imkanların və Rusiyadan zərərli təsirlərin nüfuzunun inteqrasiyasının artmasına kömək edəcək".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər