Amiran Qamğrelidze: "Hindistan ştammı, Britaniya ştammı kimi xüsusi bir şeyə səbəb olmur, ancaq asan yayılır"
"Hindistan ştammı xüsusi bir şeyə səbəb olmur".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.
Qamğrelidzenin qeyd etdiyinə görə, koronavirusun bütün ştammları, təxminən oxşar olur, Britaniya və Hindistan ştammı başqalarından onunla fərqlənir ki, gənc yaşlarında nisbətən sürətlə yayılır.
"Hindistan ştammı, Britaniya ştammı kimi xüsusi bir şeyə səbəb olmur, tək fərqi odur ki, nisbətən asan yayılır. Koronavirusun bütün ştammları təxminən eyni gedişata sahibdir, Britaniya və Hindistan ştammı onunla fərqlənir ki, gənc yaşda nisbətən sürətlə yayılır. Xəstəliyin ağırlığına gəldikdə, bu fərqli ştammlar arasında böyük bir fərq yoxdur", - qeyd edib Amiran Qamğrelidze.


