Paata İmnadze: "Gürcüstanın əhalisi o qədər azdır ki, yeni ştammların yaranma ehtimalı azdır"
"Gürcüstan əhalisi o qədər azdır ki, virusun dövriyyəsi nə qədər intensiv olsa da, bu qədər az əhalisi olan ölkələrdə yeni ştammların meydana çıxma ehtimalı azdır".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavini Paata İmnadze deyib.
Onun sözlərinə görə, koronavirusun yeni ştammları o ölkədə yaranır ki, virus on milyonlarla insanda dövriyyə edir.
“Təəssüf ki, Gürcüstanın əhalisi o qədər azdır ki, virusun dövriyyəsi nə qədər intensiv olsa da, bu qədər az əhalisi olan ölkələrdə yeni ştammların yaranma ehtimalı daha azdır.
Bu daha çox o ölkələrdə baş verir ki, virus on milyonlarla insanda dövriyyə edir. Virus elə canlı varlıqdır ki, hüceyrələrimiz adlanan yaşayış mühitinə daha yaxşı uyğunlaşması üçün mutasiyaya ehtiyacı var" - deyə Paata İmnadze qeyd edib.


