Baş nazir Abxaziya günü münasibətilə Gürcüstan xalqını təbrik etdi
"Bütün Gürcüstanın Katolikos-Patriarxı, Müqəddəs II İlianın xeyir-duası ilə 23 mayda Gürcüstanda Abxaziya gününü qeyd edirik. Bu gün münasibətilə bütün Gürcüstanı, xüsusən abxaz bacı və qardaşlarımızı təbrik etmək istəyirəm!".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili "Facebook" sosial şəbəkəsində yazıb.
Baş nazirin qeyd etdiyinə görə, Abxaziya Gürcüstanın ayrılmaz hissəsidir və gürcülər ilə abxazların ümumi gələcəyinin alternativi yoxdur.
“Abxaziya Gürcüstanın ayrılmaz hissəsidir, gürcülərin və abxazların ümumi gələcəyinin alternativi yoxdur. Sülh, inkişaf və Avropa gələcəyi, əminəm ki, Abxaziyalı soydaşlarımızla birlikdə vahid, güclü bir Gürcüstanda yaşamağımız üçün bir şərt olacaqdır", - deyə Baş nazir sosial şəbəkədə qeyd edib.


