21 
May
2021
19:42
662

Seçki məntəqəsindən 100 metr məsafədə insanların toplanması və ya seçiciləri qeydiyyata almaq qadağan olunur

Seçki Məcəlləsindəki dəyişiklik layihəsinə görə, seçki məntəqəsindən 100 metr məsafədə insanların toplanması və ya seçicilərin qeydiyyatı qadağan edilir.

InterPress.ge xəbər verir ki, seçicilərin qeydiyyatı barədə qeydlər qanunun köhnə variantında yox idi.

Qanunun köhnə versiyası seçicilərin seçki məntəqəsində və ya bu binadan 25 metr məsafədə hərəkətinə fiziki maneəni nəzərdə tuturdu. Yeni versiyaya görə, bu 25 metrlik radius artırılır və seçki məntəqəsi daxilində, habelə seçki məntəqəsindən 100 metr məsafədə seçicilərin hərəkətinə fiziki cəhətdən mane olmaq yolverilməz olacaq.

Seçki məntəqəsinin girişindən 25 metr məsafədə təşviqat materialının qoyulmasına gəlincə, bu hissədə qanunun mövcud tələbi dəyişməz qalır və binadan 25 metr məsafədə təşviqat materialının yerləşdirilməsi, yenə də çıxarılma / sökülmə/ götürülməyə tabedir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər