21 
May
2021
15:49
567

İmnadze məhdudiyyətlərin yüngülləşdirilməsindən danışdı

"Yüz min əhaliyə düşən infeksiya göstəricisinə görə, Gürcüstan Hindistandan daha yüksək xəstələnməyə sahibdir".

InterPress.ge xəbər verir ki, bu haqda Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbər müavini Paata İmnadze məhdudiyyətlərin yüngülləşdirilməsi ilə əlaqədar jurnalistin sualına cavab olaraq bildirib.

Onun izah etdiyinə görə, vətəndaşlar çox diqqətli olmalıdırlar, xüsusən də yay ayında maska taxmaq çətin olacaq.

Eyni zamanda Paata İmnadzenin dediyinə görə, maska taxmaq və 23:00-dan sonra hərəkət məhdudiyyəti infeksiyanın qarşısını almaq üçün zəmin yaradır. İmnadze, sabit epidemiya halında, 2-3 həftə ərzində qaydaların daha da yüngülləşdirilməsinin mümkün olmasına dair ümidi olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər