21 
May
2021
13:57
706

Bu tarixdən kanyonlar açılır

Səyahət üçün ən populyar və tələbatlı yerlər- Martvili kanyonu, Oqaçe kanyonu, Oqaçe şəlaləsi (Kinçxa kəndi), Sataple və Prometey mağarası 26 maydan etibarən səyahət üçün açılır.

InterPress.ge xəbər verir ki, bu barədə Qorunan Ərazilər Agentliyi tərəfindən məlumat verilib.

Xatırladaq ki, sözügedən qorunmuş ərazilər bu günədək ziyarətçi qəbul etmirdi. Qeyd olunanla əlaqədar, bir neçə gün əvvəl Gənc Bələdçilər Assosiyasiyası bələdçilərin mağaraların və kanyonların açılmasını istəyirdilər.

Səyahətçilərin qorunmuş ərazilərə səyahət etmələri Gürcüstan hökuməti və Dünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanmış bütün tövsiyələrə və qanunlara əməl etməklə mümkündür.

Qapalı və açıq mühitdə olarkən/hərəkət edərkən ağız və burnu yaxşı örtəcək şəkildə maska taxmaq.

Ziyarətçilər mərkəzinə eyni anda sadəcə 5 ziyarətçi daxil ola bilər.

Fiziki məsafəni minimum 2 metr qorumaq.

Pulun ödənişi ünsiyyət qurmadan və sosial distant şəkildə tövsiyyə olunur.

O ki, qaldı iş saatlarına, agentliyin məlumatına görə mağaralar və kanyonlar bu saatlarda fəaliyyət göstərəcək.

Prometey mağarası- 10:00 – 18:00;

Sataple mağarası: hər gün 10:00 – 18:00;

Oqaçe kanyonu: çərşənbə-bazar 10:00 – 18:00;

Oqaçe şəlaləsi (Kinçxa kəndi) çərşənbə bazar 10:00 – 18:00;

Martvili kanyonu: çərşənbə-bazar 10:00 – 18:00.

Agentliyin məlumatına görə, mağaraların və kanyonlar giriş qiyməti:

Martvili kanyonu – 5.5 laridən – 17.25 lariyədək

Oqaçe kanyonu – 5.5 laridən – 17.25 lariyədək

Sataple mağarası – 5.5 laridən – 17.25 lariyədək

Prometey mağarası – 5.5 laridən – 23 lariyədək

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər