20 
May
2021
19:45
5416

Nazir "Lotu Quli"dən danışdı: "Dünyanın 12 ən güclü mafiya rəhbərindən idi"

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bir qədər əvvəl qətlə yetirilmiş “Lotu Quli”dən (Nadir Səlifov) danışıb.

InterPress.ge-nin məlumatına görə, “TRT Haber”ə danışan Soylu türkiyəli mafiya babası Sedat Pekerin onun ünvanına dediklərini də münasibət bildirib.

Nazirin sözlərinə görə, bir zaman Türkiyədən deportasiya olunan Nadir Səlifov daha sonra başqa ölkədən əldə etdiyi pasportla yenidən bu ölkəyə qayıdıb.

“Nadir Səlifov 20 ilini həbsxanada keçirdi. Səlifov dünyanın 12 ən güclü mafiya rəhbərindən idi. Onu həbs etdik, amma vəkilləri Türkiyədən deportasiyasını əngəlləyən məhkəmə qərarı çıxara bildilər. Sonra yenə deportasiya etdik, bu dəfə başqa bir ölkədən pasport aldı, Kiprə gedib, oradan Türkiyəyə gəldi. Axırda öz mühafizəçisi onu öldürdü”.

Bizimlə əlaqə saxlayın