Nazir müavini koronavirusa yoluxma halları ilə bağlı açıqlama verdi
“Gürcüstanda 2020-ci ilin noyabr-dekabr ayları ilə müqayisədə yoluxanların xəstəxanaya yerləşdirilmə nisbəti kəskin şəkildə artdı”.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia məlumat verib.
"Lazımi hallarda, xəstəxanaya vaxtında yerləşdirmə çox vacibdir, ancaq bu gün xəstəxanaya yerləşdirmə nisbəti təxminən iki dəfə yüksəkdir, nəinki keçən ilin noyabr-dekabr aylarındakı pik dövrdə. O vaxt xəstəxanaya yerləşdirmə 25% idi, indi demək olar ki, 45% -ə çatdıq. Bu o deməkdir ki, bəzi hallarda xəstəxanaya yerləşdirmə həqiqətən vacib olmur, ancaq tibb işçiləri həddindən artıq ehtiyat edirlər, həmçinin pasiyentlər xəstəxanada müaliə olunmaq istəyilər. Bu baxımdan erkən qiymətləndirməyə daha çox fürsət vermək üçün təcili yardım xidməti ilə çalışırıq. Eyni zamanda stasionarlarla, klinikalarla işləyirik ki, vəziyyət təcili səviyyədə qiymətləndirilsin və yalnız vacib olduğu durumlarda klinikaya yerləşdirilsin", - dedi Qabunia.


