11 
May
2021
10:45
819

Aksizsiz siqaretin saxlanması və daşınması ilə əlaqədar üç nəfər saxlanıldı

Əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində qrup tərəfindən xeyli miqdarda aksizsiz siqaretin saxlanılması və daşınması ilə bağlı 2 hal aşkar edilib və 3 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.

Keçirilmiş istintaq tədbirləri nəticəsində Sameqrelo bölgəsində satış üçün nəzərdə tutulmuş 10.338 paket, Tbilisidə isə 1477 paket aksizsiz siqaret ələ keçirilmişdir.

Müsadirə olunan malların ümumi bazar dəyəri 50.000 lari-dan çoxdur. İstintaq zamanı aksizsiz siqaretlərin daşınmasında istifadə olunan nəqliyyat vasitələri də ələ keçirilib.

Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 8 ilədək həbs cəzasını nəzərdə tutan 200-cü maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın