09 
May
2021
17:19
856

Paata İmnadze: "Epidemiya vəziyyəti çətindir, may ayının birinci yarısında halların sayında fəlakətli bir artım olmasa, ümid edirik ki, yayı daha normal qarşılayacağıq"

"Gürcüstanda epidemioloji vəziyyət olduqca çətindir, lakin may ayının birinci yarısında virusa yoluxanların sayında kəskin bir artım olmazsa, vəziyyətin yay aylarına qədər yaxşılaşacağına ümid edirik".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbər müavini Paata İmandze bildirib.

Bununa belə, İmnadzenin dediyinə görə, ölkədə koronavirusa qarşı peyvəndləmə prosesi yaxşı temple gedir və ümid edir ki, peyvəndləmə prosesində daha çox insan iştirak edəcək.

"Kifayət qədər çətin epidemiya vəziyyətinə sahibik. May ayının ilk yarısını hallarda fəlakətli bir artım olmayacaq şəkildə keçirsək, yayı daha normal qarşılayacağımıza ümid edirik.

Ölkədə kifayət qədər yaxşı gedən peyvəndlərin daha da genişlənəcəyinə, daha çox həmvətənlərimizin aşılanacağına və bir daha belə kədərli günlər yaşamayacağımıza ümid edirik”, - dedi Paata İmnadze.

Bizimlə əlaqə saxlayın